Bakıda 8 aya 3200 yol nişanı quraşdırılıb

14:21 14.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin 8 ayı ərzində Bakı şəhərində yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə küçə və prospektlərdə 3200 yol nişanı quraşdırılıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, həmçinin hesabat dövründə yol nişanları ilə bağlı 112 vətəndaş müraciəti təmin edilib.

 

Ümumilikdə yol nişanları ilə bağlı illik hədəfin 57 faizi təmin edilib.