Bakıda avtomobil sexi yanıb

15:36 10.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədidə avtomobil təmiri sexində yanğın olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Binəqədi rayonunda bir dam altında tikilən, ümumi sahəsi 1800 m² olan avtomobil təmiri sexinin (anbar və 7 ədəd boksdan ibarətdir) 2 boksunun yanar konstruksiyaları 144 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.