Bakıda azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxs saxlanılıb - DİN

15:54 20.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Binəqədi rayonunda naməlum şəxsin azyaşlıya qarşı qeyri-etik hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1991-ci il təvəllüdlü Amid Nəbiyev saxlanılıb.

Araşdırma aparılır.

Onun əməlindən zərərçəkən başqa şəxslər varsa, polisə məlumat vermələri tövsiyə olunur.