Bakıda bazarların sayı əhalinin sayına uyğundurmu?

11:00 09.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtda son illər bir neçə bazar sökülüb.

Hafta.az xəbər verir ki, bazarların sayı azalsa da, Bakıda əhalinin sayı xeyli artıb.

Belə ki, şəhər sakinlərinin dediyinə görə, bazara getmək üçün xeyli məsafə qət etməli olurlar. Elə sorğu apardığımız 8-ci km bazarına gələn alıcıların hərəsi bir qəsəbədən, rayondan gələnlər idi.

İqtisadçı Xalid Kərimli deyir ki, son illər Bakıda bəzi bazarlar sökülüb, bəzilərinin ərazisi satılıb və yerində bina inşa olunub. Ancaq iqtisadçı hesab edir ki, şəhərlərdə bazarların əhali sayına uyğun olması ilə bağlı hər hansı standart yoxdur. Hətta dünyada bəzi böyük şəhərlərdə belə bazarlar ümumiyyətlə mövcud deyil və bazara tələbat da yoxdur.

Ekspert həmçinin ərazi üzrə bazarların təşkili işini bələdiyələrin həyata keçirə bildiklərini deyib.

Daha ətraflı videomaterialda: