Yazını böyüt
Yazını kiçilt
Fevralın 20-də günorta saatlarında Bakının Keşlə qəsəbəsində soyğun baş verib.
Hafta.az xəbər verir ki, 5-6 qadın qara çadrada, üzlərində niqab Keşlə məscidinin yaxınlığındakı “Al Market” şəbəkəsinə məxsus mağazaya giriblər. Onlar əllərində bıçaq, ülgüc tutaraq kassirləri hədələyib, oradakı pulu götürüblər.
Hadisə şahidlərinin saytımıza bildiriyinə görə, soyğunçular Azərbaycan dilində danışıblar, həmçinin aralarında başqa dildə söhbət ediblər.
Şahidlər onu da deyiblər ki, marketə basqın edən qadınlar əllərindəki pipetli əşya ilə ağızlarına maye fısqırdıblar.
Bütün soyğun prosesi marketin müşahidə kameraları tərəfindən qeydə alınıb./globalinfo.az/