Bakıda bu məktəbdə 9 şagird və 1 müəllim qızılcaya yoluxub

16:27 05.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 20 nömrəli məktəb-liseydə şagirdlərin kütləvi şəkildə qızılcaya yoluxması barədə iddialar yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilir. 

Məsələ ilə əlaqədar təhsil müəssisəsinə sorğu ünvanladıq. Məktəbdən sorğumuza cavab olaraq bildirildi ki,  9 şagird və 1 müəllim qızılcaya yoluxub: “Məktəbdə bir sinifdə 10 şagirdin qızılcaya yoluxması haqqında məlumat həqiqətə uyğun deyil. Ümumiyyətlə məktəb üzrə indiyədək 9 şagird və bir müəllimin qızılcaya yoluxması (müxtəlif vaxtda ayrı-ayrı siniflər üzrə) qeydə alınıb”.

Oxunma sayı 311