Bakıda evdən 20 min manatlıq oğurluq olub

14:49 21.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda mənzildən qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşları daxil olan məlumat əsasında birgə əməliyyat keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 19-da rayon ərazisindəki evlərin birindən 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əzimov saxlanılıb.

Oxunma sayı 19