Bakıda ikimərtəbəli ev yanıb

19:19 16.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Nərimanov rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Hafta.az-a verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli 6 otaqlı evin zirzəmisində yerləşən saunanın taxta üzlüyü 15 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.