Bakıda kişi küt alətlə qətlə yetirilib

22:21 25.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 53 yaşlı kişi qətlə yetirilib.

Hafta.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saat 17 radələrində paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində 1970-ci il təvəllüdlü Nəcəfov Firdovsi Tofiq oğlunun küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1988-ci təvəllüdlü Əsgərov Adil Xəlil oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.