Bakıda mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi müəyyənləşdi

10:56 30.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Qazax magistralının Yevlax rayon ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti müəyyənləşib.

“Report”un Qərb bürosunun məlumatına görə, “Mercedes-Vito” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 7 nəfər xəsarət alıb.

Belə ki, qəza nəticəsində Quliyeva Maygül (1972), Quliyeva Şəhla (1996), Quliyeva Sevgi (1994), Quliyev Məqsəd (1996), Qasımov Nurlan (1998), Qasımova İnci (2023), Qəhramanova Həvva (2016), Əhmədov Misir (1969), Əsgərov Xəyal (1992) müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, Bakıdan Tovuz istiqamətinə hərəkətdə olan “Mercedes-Vito” markalı avtomobil öncə “QAZel” markalı kiçik tutumlu yük maşınınla toqquşub daha sonra idarəetmədən çıxaraq yol kənarına aşıb.

Faktla bağlı araşdırma aparılır.

08:36

Bakı-Qazax magistralının Yevlax rayon ərazisindən keçən hissəsində yeddi nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, sərnişin daşıyan “Mercedes Vito” markalı mikroavtobus hərəkətdə olan zaman öncə “QAZel” markalı kiçiktutumlu yük maşınına çırpılıb, daha sonra idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə mikroavtobusda olan yeddi nəfər xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər. İkisinin vəziyyəti ağır, digərlərinin isə orta-ağır və kafi qiymətləndirilir.

Qeyd edək ki, qəzaya düşənlər Bakıdan toydan qayıdaraq Tovuza gedirlərmiş.