Bakıda qadın dəm qazından öldü

14:10 06.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda qadın dəm qazından boğularaq ölüb.

Hafta.az xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində fərdi mənzillərdən birində baş verib.

1996-cı il təvəllüdlü Gülşən Mehdiyevanın hamamda dəm qazından boğularaq öldüyü bildirilir.

Fakt araşdırılır.