Bakıda qadın sürücü kuryeri vurub öldürdü

11:25 23.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Nəsimi rayonu ərazisində ölümlə nəticələnən qəza baş verib.

Hafta.az xəbər verir ki, dünən 1985-ci il təvəllüdlü Babayeva Yeganə Elçin qızı idarə etdiyi “BMW” markalı avtomobil ilə Ceyun Hacıbəyli ilə Təbriz küçələrinin kəsişməsində hərəkətdə olarkən sürücü Səmədov Kamran Əlsəfa oglunun idarə etdiyi mopedlə toqquşub.

Nəticədə 1995-ci il təvəllüdlü Kamran Səmədov hadisə yerində ölüb.

 

Faktla bagli Nəsimi RPİ-nin İstintaq Şöbəsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır