Bakıda restoranda yanğın

10:26 13.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 350 m² olan restoran binasının havalandırma qurğusunda kömür filtri və yağ qalıqları yanıb.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.