Bakıda silah aşkarlandı -VİDEO

11:41 30.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Yasamal rayonu, 2-ci Alatava adlanan ərazidə silah aşkar edilib.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silahın istifadəyə yararlı bir ədəd İJ-56 “Belka” 12-16 mm kalibrli ov tüfəngi olduğu müəyyən edilib.

 

Silah XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək hüquq-mühafizə orqanı əməkdaşlarına təhvil verilib.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.