Bakıda silah-sursat aşkarlanıb

11:51 19.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın ayrı-ayrı rayonlarında silah-sursat aşkarlanıb.

Hafta.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

"Polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində paytaxt sakini olan bir nəfər 1 avtomat silahı, 13 ədəd patronu könüllü olaraq polisə təhvil veriblər.

Binəqədi rayonu ərazisində isə polis əməkdaşları tərəfindən 1 avtomat silahı və 13 ədəd patron tapılaraq götürülüb.

Araşdırmalar aparılır",- məlumatda qeyd edilib.