Bakıda tikinti materialları anbarında yanğın olub

22:28 09.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nərimanovda tikinti materialları anbarında yanğın hadisəsi baş verib.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 5000 m² olan tikinti materialları anbarında santexnika malları yığılan karton taralar 50 m² sahədə yanıb.

Anbar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.