Bakıda yataqxanada yanğın, 52 nəfər təxliyə edilib

09:00 16.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 15 m² olan mətbəxin yanar konstruksiyaları yanıb.

Bu barədə hafta.az-a FHN-dən məlumat verilib.

Yüksək temperaturdan dəhliz 10 m² sahədə qarsalanıb.

Yanğın zamanı 52 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb