Bakıda yataqxanada yanğın olub

10:51 22.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yataqxana binasında ümumi sahəsi 30 m² olan 1 otaqlı mənzilin mətbəxinin tavanı 10 m² sahədə və 1 ədəd kondisioner yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən xəbərə görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.