Bakıda yeni avtobus şəbəkəsi hazırlanır - AYNA

16:37 18.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda ictimai nəqliyyata əlçatanlıq təxminən 80 faizdir.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov bu gün keçirilən ictimai dinləmədə deyib.

“Bu o deməkdir ki, paytaxtda əhalinin 20%-nin ictimai nəqliyyata əlçatanlığı yoxdur. Hazırda Bakıda yeni avtobus şəbəkəsi hazırlayırıq. Bu şəbəkə ilə ictimai nəqliyyata əlçatanlığın 93%-in üstünə çıxarılması planlaşdırır”, - deyə T.Səfərov əlavə edib.