Bakıdan İrəvana bir erməni hərbçinin meyiti aparılıb - YENİLƏNİB

22:39 17.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradovu Bakıdan İrəvana aparan təyyarə yerə enib.

Hafta.az-ın xəbərinə görə, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Sayt yazır ki, Muradov özü ilə bir erməni hərbçisinin cəsədini aparıb.

*** 21:17

Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradov təyyarə ilə Bakıdan İrəvana yola düşüb.

Hafta.az-ın xəbərinə görə, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.

Sayt yazır ki, təyyarənin göyərtəsində son təxribat zamanı ölən erməni hərbçilərinin cəsədləri var. Lakin hava gəmisində heç bir hərbi əsir yoxdur. General Muradov Azərbaycan-Ermənistan sərhədinin Rusiya sülhməramlılarının məsuliyyət zonasından kənarda olan hissəsindəki vəziyyəti nizamlamaq üçün danışıqlar aparmaq niyyətindədir.