Bakının 2 rayonunda qaz kəsiləcək

22:38 12.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Bu barədə hafta.az-a "Azəriqaz" İB-dən bildirilib.

 

Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, həmçinin Xətai rayonu, General Səmədbəy Mehmandarov küçəsi 94A ünvanında orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 13.03.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

Qaz təchizatı dayandırılan müddətdə Yasamal və Xətai rayonlarının bir hissəsinin qaz təchizatında fasilə gözlənilir.