Balakəndə bir neçə obyekt yanıb

23:55 30.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Balakəndə yanğın hadisəsi olub. 

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Balakən şəhərində ümumi sahəsi 25 m² olan dərzi sexinin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 25 m² olan parça satışı mağazasının lambirdən ibarət tavanı 2 m² sahədə və içərisində 2 ədəd parça bağlaması yanıb. Mağazanın qalan hissəsi və digər bitişik obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.