Yazını böyüt
Yazını kiçilt
Oktyabrın 11-də 51 yaşlı kişi balıq tutmağa gedib və geri qayıtmayıb.
Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 1972-ci il təvəllüdlü Bayramov Sərdar Saleh oğlunun Mingəçevir şəhəri yaxınlığında Mingəçevir su anbarında balıq tutmaq üçün qayıqla çıxıb və geri qayıtmayıb.
Qeyd edilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işlərinə başlanılıb.
Bununla yanaşı, axtarış-xilasetmə zonasının genişləndirilməsi və axtarış işlərinin daha da intensivləşdirilməsi məqsədilə bu gün səhər saatlarından Nazirliyin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi də axtarış işlərinə cəlb olunub.