Bank kartlarından oğurluq edənlər TUTULDU

16:16 28.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxt ərazisində iki nəfərin bank kartından oğurluq edilib və nəticədə zərərçəkənlərə ümumilikdə 1150 manat ziyan vurulub.

DİN-in Mətbuat xidmətindən hafta.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 25 yaşlı T.Sayılov və əvvəllər məhkum olunmuş 41 yaşlı İ.Novruzov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar aparılır.