Rusiyanın aparıcı qəzetlərindən olan RBC-nin baş redaktoru Pyotr Kanayevin əmlakına qarşı həbs qətimkan tədbiri seçilib.
Hafta.az-ın yazdığına görə, qərara səbəb RBC-nin Xarici Agentlər haqında qanununu pozduğuna görə qoyulan 5 min rubl cərimənin vaxtında ödənilməməsidir.
Ədliyyə Nazirliyinin xarici agent elan edilən “Sova” adlı mərkəzin adının hallandığı yazıda “Xarici agentdir” ifadəsini işlətmədiyi üçün qəzeti cərimələdiyi öyrənilib. .
Pyotr Kanayevin Moskva yaxınlığındakı 33 kvadratmetr mənzil və 177 kvadratmetr bağ evində cəriməni vaxtında ödəmədiyinə görə barəsində həbs qətimkan tədbiri seçilib.
Kanayev qərarı "qeyri-adi" adlandırıb. Baş redaktor buna bənzər cəzaların çox olduğunu və adətən cərimələrin avtomatik olaraq maaşından tutulduğunu, bəzilərinin isə silindiyini bildirib.