Baydenin iti ən azı 24 Gizli Xidmət əməkdaşını dişləyib

10:42 23.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Co Baydenin iti, alman çoban köpək cinsi “Komandir”lə bağlı sənədlər İnformasiya Azadlığı Qanunu (FOIA) çərçivəsində paylaşılıb.

Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, təcavüzkarlığı və dişləmə halları ilə gündəmə gələn itin 2022-ci ilin oktyabrından 2023-cü ilin iyuluna qədər ən az 24 Gizli Xidmət əməkdaşını dişlədiyi sənədləşdirilib.

Sənədlərdə “Komandir”in sözügedən şəxslərin biləklərindən, qollarından, dirsəklərindən, belindən, döşündən, ayaqlarından və çiyinlərindən dişlədiyi qeyd edilib.

“Komandir”in dişləmə hallarının hamısının yer almadığı sənədlərin yalnız Məxfi Xidmət əməkdaşlarını əhatə etdiyi bildirilib.

Prezident Baydenin iti “Komandir” 2023-cü ilin oktyabrında aqressiyasına və dişləmə hallarına görə Ağ Evdən uzaqlaşdırılıb.

Alman çoban iti "Komandir" Baydenə qardaşı Ceyms Bayden tərəfindən 2021-ci ilin dekabrında hədiyyə edilib.

Oxunma sayı 175