Bayrağımız gətiriləndə Heydər Əliyev tələb etdi ki… - Tahir Kərimli

18:00 09.11.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Yadımdadır ki,  1991-ci il fevralın 5-də üçrəngli bayrağımız Ali Sovetdə təsdiq olunanda, onu təntənəli şəkildə salona gətirəndə  hələ SSRİ-nin banisi Leninin büstü parlamentin binasında idi.  O zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyev də biz, demblok üzvləri ilə həmfikir olaraq etiraz etdi ki, üçrəngli Azərbaycan bayrağı hara, Leninin büstü hara, o büst oradan götürülməlidir. Həmin çıxış stenoqramlarda da qalıb…”

Bunu Hafta.az-a müsahibəsində milli azadlıq hərəkatının tanınmış fiqurlarından biri, istiqlalçı deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli söyləyib.

“Və onu da  hamı bilir ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində  Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub. Və bu bayraq Azərbaycanda ilk dəfə rəsmi şəkildə Naxçıvanda ucaldılıb… Yəni sözüm ondadır ki, o vaxt  Heydər Əliyevlə parlamentdəki demokratik blokun istəkləri üst-üstə düşürdü.  Demək olar ki, 100 faiz eyni şeyləri tələb edirdik. Heydər Əliyev bizim üzvümüz olmasa da, bunun belə olması faktdır”- deyə istiqlalçı deputat vurğulayıb.

Tahir Kərimli ilə müsahibəni bütöv şəkildə “Həftə içi” qəzetində oxuya bilərsiniz.