Bayram münasibətilə Laçında min ağac əkilib

18:42 08.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin ikinci ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Bakı Abadlıq Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə Laçında ağacəkmə aksiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova hafta.az-a bildirib ki, 8 Noyabr - Zəfər Günündə Laçında təşkil olunan ağacəkmə tədbirində yerli iqlim şəraitinə uyğun min ədəd müxtəlif növ ağac tingi əkilib.