Bazarlarda satılan Norveç som balığında parazit aşkarlanıb

09:30 24.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çukurova Universiteti Su Məhsulları Fakültəsi Balıq Xəstəlikləri Fundamental elm sahəsi üzvü, professor Argun Akif Özak, Türkiyədə bazarlarda satılan Norveç somonu və ya yerli dillə desək, qızılbalığı ilə bağlı araşdırmasında “Lepeophtheirus salmonis” parazitinə rast gəlib.

Hafta.az-ın yazdığına görə, bu parazitin türk qızılbalığında rast gəlinmədiyini, lakin nəqliyyatla yoluxma riskinin olduğunu bildirən professor Özak, "Belə problemlərin qarşısını almaq üçün diri balıq idxalı çox nəzarətli şəkildə aparılmalıdır" deyib.

Xalq arasında “balıq biti” və ya “dəniz biti” olaraq bilinən və Türkiyədə 24 çeşidi olan parazitlər həm balıqların dərisinə yapışaraq qan əmirlər, həm də istehsal mühitlərində çoxaldıqları zaman balıqların kütləvi ölümünə səbəb olurlar.

Araşdırmalar haqqında danışan professor Özak, "Birdən çox bazarda satılan Norveç qızılbalığını araşdırdıq. Araşdırmalarımız nəticəsində xaricdən gətirilən qızılbalıqda "Lepeophtheirus Salmonis" ailəsinə aid parazitlərin olduğunu müəyyən etdik. Qara dənizdəki vətəgələrdən götürdüyümüz nümunələri də araşdırdıq” deyib.

Türk qızılbalığı sektorunun hər il bir az daha böyüdüyünü və 2022-ci ildə 50 min ton türk somonu ixrac edildiyini xatırladan professor Özak, "Sürətlə böyüyən türk qızılbalığı sektorunda bu kimi problemlərin qarşısını almaq üçün diri balıq idxalı çox nəzarətli şəkildə aparılmalıdır. İstehsalçılarımızı xəbərdar etmək istərdim. Xaricdən diri balıq gətirildikdə bu parazitlərin yoluxma ehtimalı çox yüksəkdir. İstehsalçılarımızla əlaqə saxlayırıq. Bu parazitlər balığın dərisinə yapışaraq onları zədələyir. Bu məhv prosesi qan damarlarına çatır və balıqlarla qidalanmağa başlayır. Balıqlarda həddindən artıq çoxaldıqda, ciddi ölümlərə səbəb olurlar və bu, çox ciddi iqtisadi itki deməkdir” deyib.