Pakistan hökuməti Kəraçi limanındakı dörd terminalın Birləşmiş Ərəb Əmirliklərinin nəzarətinə verildiyini təsdiqləyib.
Hafta.az-ın yazdığına görə, Pakistanın hökumətlərarası biznes əməliyyatları üzrə Nazirlər Kabinetinin iclasında BƏƏ-yə Karaçi limanının dörd terminalının istismarını nəzərdə tutan 5 illik çərçivə sazişi təsdiqlənib.
Bununla belə, sazişin yekun təsdiqini Pakistanın federal kabineti verməlidir.
Nağd pul böhranı yaşayan Pakistanın son vaxtlar ölkəyə sərmayə cəlb etməyə çalışdığı görünür. Digər tərəfdən, BƏƏ-nin Hind okeanı və Qırmızı dəniz kimi bölgələrdəki limanlara investisiyalarını artırması da diqqət çəkir. Nəhayət, Pakistanın Kəraçi limanına sərmayə qoyacağı gözlənilən BƏƏ, Somalidə, eləcə də Eritreyanın Assab limanında limanların inkişafı ilə bağlı razılığa gəlib.