Bel ağrıları hansı hallarda daha təhlükəlidir?

18:31 24.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
İnsanlar ən çox bel, kürək ağrılarına fikir vermir, ciddi yanaşmır və həkimə getmirlər.
 
Hafta.az xəbər verir ki, bu səbəbdən Amerikanın Sümük-əzələ xəstəlikləri İnstitutu bel ağrılarının hansı hallarda daha təhlükəli ola biləcəyini açıqlayıb.
 
Həmin siyahını təqdim edirik:
 
-18 yaşına kimi uşaq və yeniyetmələrin 3 gündən çox davam edən bel ağrısı
 
-Gecəyarı insanı yuxudan oyanmağa məcbur edən ağrılar
 
-Eyni tipli gedib-gələn ağrı
 
-Çəki azalması ilə müşayiət olunan ağrı
 
-Hərarətin yüksəlməsi ilə yanaşı bel, kürək ağrısı
 
-Bel ağrısı ilə yanaşı qarında olan ağrılar
 
-Bel ağrısı ilə yanaşı sidiyə getmədə çətinlik, azalma
 
-Bel ağrısı ilə yanaşı əllərin uyuşması, iynə batırılması kimi hissiyyat və baş gicəllənmə olarsa
 
-2 həftədən artıq davam edən, ağrıkəsici və mazlarla azalmayan ağrılar.
 
Sizdə də bu simptomlar varsa, dərhal həkimə müraciət etməlisiniz.