Yazını böyüt
Yazını kiçilt
Ukraynanın əks-hücumları şiddətləndiyi üçün Rusiyanın bəzi həmsərhəd vilayətlərində müdafiə tədbirləri görülür.
Hafta.az-ın yazdığına görə, Belqorod qubernatoru Vyaçeslav Qladkov videoçəkilişində vətəndaşlardan qələbəlik yerlərə getməməyi xahiş edib. Qladkov təhlükəsizlik səbəbindən vilayət ərazisindəki iri ticarət mərkəzlərinin bağlanacağını açıqlayıb.
Qladkov son bir neçə gündə həyata keçirilən hücumlarda iki nəfərin həyatını itirdiyini, bir neçə nəfərin isə yaralandığını bildirib. Şəhərdəki bəzi ticarət mərkəzləri əvvəlki hücumlarda hədəfə alınmışdı.