Bərdə sakinlərindən narkotik və psixotrop maddə götürülüb

18:14 23.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan hafta.az-a bildiriblər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Emin Əliyev Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Ondan satış məqsədilə əldə etdiyi “patı” adlandırılan külli miqdarda psixotrop maddə - metamfetamin və heroin aşkar edilərək götürülüb.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha bir rayon sakini Qalib Abbaszadə saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman metamfetamin aşkarlanıb.

Faktlarla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Oxunma sayı 28