Bərdədə kafedə iki nəfəri güllələyən şəxs tutulub

17:41 31.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdədə kafedə iki nəfəri güllələyən şəxs tutulub.

Hafta.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupununun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Rəcəb Məmmədovun yeri müəyyən edilərək saxlanılıb və ondan istifadə etdiyi ov tüfəngi də götürülüb.

Faktla bağlı araşdırma aparılır.