Berluskoni vəfat edib

13:13 12.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni 86 yaşında vəfat edib.

Hafta.az xəbər verir ki, bu barədə İtaliyanın "Corriere della Sera" qəzeti məlumat yayıb.

Qeyd edək ki, İtaliyanın sabiq Baş naziri bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. 86 yaşlı Silvio Berluskoni aprelin əvvəlində də xəstəxanada müalicə olunmuşdu.