Beyləqanda fərdi yaşayış evi YANIB

10:13 29.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beyləqan rayonunda fərdi yaşayış evində yanğın baş verib. Hadisə gecə saatlarında rayonun Qəhrəmanlı qəsəbəsində qeydə alınıb.

Hafta.az xəbər verir ki, qəsəbə sakini Bəhmən Kərimova məxsus fərdi yaşayış evində başlayan yanğın anidən güclənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Beyləqan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 160 kvadratmetr olan ev yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.