Yazını böyüt
Yazını kiçilt
Biləsuvar rayonunda azyaşlı qız evlənmək məqsədilə qaçırılıb.
Hafta.az xəbər verir ki, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.
Belə ki, 9-cu sinif şagirdi olan, 2007-ci il təvəllüdlü Ülviyyə Qədirli (ad soyad şərtidir) küçədən evlənmək məqsədilə qaçırılıb.
Hadisə ilə bağlı polisə müraciət edilib və qızın yeri müəyyən edilərək o tapılıb. Yetkinlik yaşına çatmayan qız ailəsinə geri qaytarılıb.
Faktla bağlı araşdırmalar aparılır. “Kriminalqafqaz”