Biləsuvarda evdə yanğın olub

22:06 01.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləsuvar rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Yuxarı Cürəli kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli 2 otaq və eyvandan ibarət evin (divarları kərpic, tavanı qamışdan ibarət) yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.