Bill Qeyts koronavirus bəlasının nə vaxt bitəcəyini açıqlayıb

09:49 22.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Microsoft”un yaradıcısı, milyarder Bill Qeyts koronavirus pandemiyasının sona çatdığı vaxtı açıqlayıb.

Hafta.az-ın məlumatına görə, bu barədə B.Qeyts öz "Twitter" səhifəsində yazıb.

Onun fikrincə, koronavirus pandemiyası 2022-ci ildə sona çata bilər, baxmayaraq ki, indi dünyanın bəlkə də ən çətin hissəsini "omikron" ştammının ortaya çıxması ilə yaşayır.

B.Qeyts bildirib ki, tarixdə heç bir virus "omikron" qədər sürətlə yayılmayıb.