Binəqədidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

19:00 20.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın söndürülüb.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 1600kv.m. olan metal konstruksiyalardan ibarət marketə məxsus anbar 650kv.m. sahədə, 50 p.m. elektrik kabeli, anbarın qarşısında dayanmış “TOYOTA”, “MERCEDES”, “VAZ-2107” və “HYUNDAİ” markalı minik avtomobillərinin yanar hissələri və “OPEL” markalı minik avtomobilinin dam hissəsi yanıb.

Anbarın qalan hissəsi və market yanğından mühafizə olunub, habelə yanğının digər obyektlərə keçməsinə imkan verilməyib.

***

Bakının Binəqədi rayonunda güclü yanğın baş verib.

Hafta.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları və digər müvafiq qurumların əməkdaşları cəlb olunub.