Bir nəfər hamamda dəm qazından boğularaq öldü

09:38 30.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Qaradağ rayonunda bir nəfər fərdi yaşayış evində dəm qazından zəhərlənib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Caniyev Fadim Amil oğlu Qobustan qəsəbəsi, 1-ci massivdə yerləşən nömrəsiz fərdi yaşayış evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

 

Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.