Bir tondan artıq çətənə kolu məhv edilib - FOTO

11:28 29.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı Ağsu dolaylarında yabanı halda bitən, ümumi çəkisi 1 tondan artıq olan 2763 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.