Birləşmiş Ərəb Əmirlikləri 50 illik yubileyini qeyd edir

20:40 02.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dövlətinin təsis edilməsinin 50 illik yubileyi qeyd edilir.

Hafta.az-ın yazdığına görə, Qızıl Yubiley növbəti 50 il üçün milli strategiyanın başlanğıcının müjdəçisidir və davamlı inkişaf, millətin unikal rəqabətliliyinin gücləndirilməsi və qlobal açıq iqtisadiyyat erasına dəstək verir. "Əlli illiyin layihələri" - bu layihələr rəqəmsal iqtisadiyyata, süni intellekt və dördüncü sənaye inqilabı kimi sektorlara investisiya qoyuluşuna stimul verir. Bu layihələr çərçivəsində "Qızıl viza", "Yaşıl viza" kimi fürsətləri təqdim edib.

Davamlı iqtisadi inkişaf naminə BƏƏ innovativ həllər də irəli sürüb. BƏƏ hazırda dünyanın ən böyük 3 günəş stansiyasına sahibdir. Bərpaolunan enerjiyə 163 milyard dollar məbləğində sərmayə ilə 2050-ci ilə kimi sıfr emissiya strateji təşəbbüsü irəli sürüb.

İnsan haqları sahəsində də BƏƏ proqressivdir. Yeni əmək qanunu qəbul edilib ki, bu, özəl sektor işçilərinin qorunmasının genişlənməsi məqsədi güdür. Oktyabrda BƏƏ 2022-2024-cü illər üçün BMT İnsan Haqları Şurasına üzvlük qazandı.

2020 BMT İP Gender Bərabərliyi İndeksində BƏƏ Ərəb dünyasında birinci və dünya üzrə 18-ci yeri tutdu. Qadınlar Federal Milli Şuranın 50 faizini təşkil edir. Kosmos sahəsində BƏƏ-nin Mars missiyasında çalışanların 34 faizi qadınlardır.

BƏƏ beynəlxalq ictimaiyyətin üzvü kimi də fəal rolunu möhkəmlədir. BƏƏ "Birlikdə daha güclü" şüarı altında BMT TŞ-in üzvü seçilərək, dövrümüzün bəzi çətin məsələləri ilə bağlı konstruktiv tərəfdaş olacaq.

BƏƏ digər ölkələrlə ikitərəfli dostluq münasibətlərinə böyük əhəmiyyət verir. Azərbaycan elə bir ölkədir ki, biz ümumi dəyərləri bölüşürük, əməkdaşlığın genişləndirilməsi üçün geniş iqtisadi potensiala malikik və bu, ölkələrimizin rəhbərliyinin güclü iradəsinə əsaslanır. BƏƏ yeni nailiyyətlərə möhkəm inamla gələcəyə doğru irəliləyir.

Oxunma sayı 367