Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir

16:45 28.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirlikləri OPEC və OPEC+-dən çıxacağını elan edib.

Hafta.az bununla bağlı xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, BƏƏ 1 may 2026-cı il tarixindən etibarən OPEC və OPEC+ sıralarını tərk edəcək.

Qeyd olunur ki, bu qərar BƏƏ-nin hasilat siyasətinin, həmçinin mövcud və gələcək istehsal güclərinin hərtərəfli təhlilindən sonra qəbul edilib və milli maraqlara, eləcə də bazarın aktual tələbatlarının qarşılanmasına səmərəli töhfə vermək istəyinə əsaslanır.