Biz daha radikal addımlar atacağıq - ARAYİK "MEYDAN OXUDU"

16:56 01.04.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərindəki erməni separatçılarının qondarma "prezidenti" Arayik  Arutyunyanın sədrliyi ilə "Təhlükəsizlik Şurasının növbəti geniş iclası" keçirilib.

Hafta.az bildirir ki, budəfəki toplantıda Azərbaycanın beynəlxalq axtarışa verdiyi terrorçu Arutyunyan ölkəmizi "hədələyib". Onun sözlərinə görə, Fərrux kəndi ətrafındakı bəzi mühüm yüksəkliklər hazırda Azərbaycan silahlı qüvvələrinin nəzarətindədir. "Məqsədimiz azərbaycanlıları ilkin mövqelərinə qaytarmaqdır. Bizim sülhməramlı qüvvələrdən tələbimiz və xahişimiz üçtərəfli bəyanatda nəzərdə tutulan status-kvonun bərpa olunmasıdır. Biz bu tələbi heç vaxt dəyişməyəcəyik. Azərbaycanın bundan sonra belə təxribatlara əl atmayacağına əmin olana qədər yüksək səviyyədə ayıq-sayıq qalmaq lazımdır".

44 günlük müharibə zamanı bunkerdən başını çölə çıxara bilməyən Arayikin sonrakı fikirlərində isə Azərbaycan Ordusuna "meydan oxuyub". 

“Biz gələcəkdə özümüzü müdafiə baxımından daha radikal və qətiyyətli addımlar atacağıq”, - deyə o bildirib.