Biz Ermənistanı imza atdığı sənədə əməl etməyə məcbur etməliyik - Politoloq

13:35 11.11.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

1 il bundan əvvəl qəbul olunan bəyanatı birmənalı şəkildə Ermənistanın kapitulyasiyasıdır. Artıq Ermənistan başa düşürdü ki, müharibəni uduzub.

Bu fikirləri hafta.az-a 10 noyabrda imzalanmış  üçtərəfli bəyanatın bir ilinin tamam olması ilə bağlı mövcud durumu şərh edən politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, Azərbaycan elə bir üstünlüyə malik bir dövlət idi ki,  Paşinyanın bu bəyanatı imzalamaqdan imtina etməyə yolu yox idi:

“Bu, bizim hərbi gücümüzün, diplomatik addımlarımızın qələbəsi idi.  Biz həm torpaqlarımızı azad etdik, həm də diplomatik müstəvidə  peşəkarlığımızı nümayiş etdirdik.

Ermənistanın öz imzasına sahib çıxmamağı Zəngəzur və digər kommunikasiyaların açılmasına qarşı maneədir. Biz Ermənistanı imza atdığı sənədə əməl etməyə məcbur etməliyik. Bu sənəd Ermənistanı qane edir, yoxsa yox, bu bizi narahat etməməlidir. Biz qələbə çalan dövlətik, biz şərtləri diqtə etməli, irəli sürməliyik. 10 Noyabr bəyanatı  gələcək perspektivə yönələn mühüm siyasi,  diplomatik sənəddir”.