Rusiyanın Ukrayna şəhərlərinə qanlı zərbələrindən sonra Polşa Xarici İşlər Nazirliyi sərt bəyanatla çıxış edərək Kremlə təzyiqi artırmağa və Ukraynanı uzaqmənzilli raketlərlə təmin etməyə çağırıb.
Hafta.az “UNİAN”-a istinadla xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski müvafiq çağırışı “X” (keçm.”Twitter”) səhifəsində dərc edib.
Xarici İşlər Nazirliyinin rəhbəri təcavüzkarın yeni silah istehsal etmək imkanının olmaması üçün müvafiq ehtiyat hissələrinin və digər əşyaların Rusiya Federasiyası ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısının alınmasının vacibliyində təkid edir. Polşalı nazir həmçinin Ukraynaya müvafiq silahlarla köməklik göstərilməsinin vacibliyində israr edir.
“Biz Ukraynadakı son hücuma Putinin başa düşəcəyi tərzdə cavab verməliyik: onun qaçaqmalçılıq yolu ilə gətirilən komponentlərlə yeni silahlar yaratmasının qarşısını almaq üçün sanksiyaları gücləndirməklə və Kiyevi raketlərin buraxılış məntəqələrini və komanda mərkəzlərin məhv etməyə imkan verəcək uzaq mənzilli raketlərlə təmin etməklə”, - deyə R.Sikorski vurğulayıb.