Yazını böyüt
Yazını kiçilt
ABŞ dövlət katibi Antoni Blinken Qırğızıstan prezidenti Sadır Japarova məktub yazaraq, respublikada xarici agent qanunlarının tətbiqinin təhlükələri barədə Bişkekə xəbərdarlıq edib. Bu barədə “Kommersant” yazır.
Məktubda deyilir: “Bəzi amerikalı tərəfdaşlar bu qanundan o qədər narahatdırlar ki, onlar Qırğızıstandakı əməliyyatları qabaqlayıcı şəkildə dayandırmağı düşünürlər”.
O, prezidenti bu narahatlıqları ölkə parlamentinin rəhbərləri ilə müzakirə etməyə çağırıb. O, həmçinin
Qırğızıstanla ABŞ arasında münasibətlərin möhkəmlənməsinə ümid etdiyini bildirib.