Blinken Türkiyəyə gəlir

19:43 03.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Dövlət katibi Antoni Blinken yanvarın 6-da Türkiyəyə səfər edəcək.

Hafta.az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı Türkiyənin xarici işlər naziri Hakan Fidana istinadla məlumat yayıb.

Məlumatda bildirilib ki, danışıqların gündəliyinə regional məsələlər, o cümlədən Qəzzada vəziyyətin nizamlanması, NATO-nun genişlənməsi və ikitərəfli əlaqələr, həmçinin Türkiyəyə F-16 qırıcılarının satışı daxildir.