BMT-nin Baş katibi sərhədləri bağlamamağa çağırıb

09:49 30.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

BMT-nin Baş katibi Antonio Quterreşin fikrincə, beynəlxalq səfərləri dayandırmaq əvəzinə koronavirusun yeni ştammlarına qarşı daha səmərəli yoxlama metodları tətbiq edilməlidir.

Hafta.az-ın xəbərinə görə Baş katib iqtisadi əlaqələri dayandırmamağa çağırıb.

“Mən yoluxmanın qarşısını almaq üçün bütün ölkələri səyahət edənlərin təkrar test edilməsinə və digər zəruri tədbirlər görməyə çağırıram. Bu yolla gediş-gəlişi və qarşılıqlı iqtisadi fəaliyyəti təmin etmək mümkündür”, deyə Quterreş əlavə edib.

Oxunma sayı 34